Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərdar Cəlaloğlu: “Müxalifətin aksiyaları demokratiyaya xidmət etmir”

Azərbaycanda müxalifətin mitinq taktikasını səhv sayıram. Çünki bu aksiyalar fərdi maraqlara xidmət edir və demokratiyanın inkişafına kömək etmir”

“Aksiyaların olmamasını cəmiyyətdən sosial sifarişin gəlməməsi ilə əlaqələndirməzdim. Bundan qabaq keçirilən aksiyalar da sosial sifariş deyildi. Sadəcə, subyektiv fikirlərdən, qrup maraqları baxımdan arada belə addımlar atırlar. Əgər milli tələbat olsaydı, fərqli mənzərə ilə qarşılaşardıq. Necə ki, İraqa, İrana, eləcə də Fransaya baxın. Görün, orada xalqlar necə çıxış  edir. Azərbaycanda müxalifətin mitinq taktikasını isə səhv sayıram. Çünki bu aksiyalar fərdi maraqlara xidmət edir və demokratiyanın inkişafına kömək etmir”.

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat” qəzetinə açıqlamasında deyib.

S.Cəlaloğlu hesab edir ki, həmin aksiyalar partiya liderlərinin maraqlarına uyğun idi: “Bu aksiyalar cəmiyyəti fəallaşdırmır, təşkilatlandırmır, ümumxalq cəbhəsini gücləndirmir.

Əksinə, bu cür aksiyalardan sonra qarşılıqlı ittihamlar başlanır, qısqanclıqlar yaranır, “ara qarışır, məzhəb itir”. Yəni demokratiya elə bir dəyərdir ki, özünə yamaq götürmür".

ADP sədri son iki ayda keçirilən piket və aksiyalardan partiya sədrlərinin hansı divident götürdüklərini açıqladı: “Qoy cəmiyyət görsün ki, məsələn, yeganə lider və təşkilat Milli Şuradır, hamısı satqındır. Bu aksiyalarda qabağa düşmək, fürsətcillik cəhdləri də var. Yəni, müxalifətin bu aksiyaları demokratiyaya xidmət etmir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Ən çox oxunanalar